“İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni sədr təyin olundu - Tahir Xəlilov da yola salındı (ÖZƏL)

 “İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni sədr təyin olundu - Tahir Xəlilov da yola salındı (ÖZƏL)

CƏMİYYƏT

Bugün, 00:05

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) "Regional Su Meliorasiya" QSC-nin rəhbərliyində aparılan dəyişiklik “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətində də davam etdirilib.

Mia.az xəbər verir ki,  bir ay əvvəl Agentliyin sədri Zaur Mikayılov əmrilə  Xəyyam Fəxrəddin oğlu Məmmədovun Müşahidə Şurasının sədri təyin edildiyi qurumun idarə Heyətinin sədri də dəyişib.

Mia.az-ın əldə etdiyi məlumata görə, QSC-yə dünən qədər sədrlik edən Tahir Xəlilov yola salınıb: "Onun yerinə vaxtilə, daha dəqiqi, Oqtay Əsədovun Milli Məclisin spiker olana qədər rəhbərlik etdiyi "Azərsu"da satış şöbəsində işləmiş Arif Mərdanov təyin olunub".

Xatırladaq ki, "İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinə çevrilənə qədər publik hüquqi şəxs kimi fəaliyyət göstərib.

Yeri gəlmişkən, dünən "Regional Su Meliorasiya" QSC-nin sədri Zakir Quliyev də vəzifədən azad olunaraq ADSEA sədri Zaur Mikayılovun müşaviri təyin edilib. Onun yerinə isə qurumun sədr müavini, Baş nazir Əli Əsədovun köməkçisi Əhməd Əhmədzadənin bacısı oğlu  Elçin Zahid oğlu Məmmədov gətirilib.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR