Fransada növbəti kütləvi iğtişaş təhlükəsi... - Ordu şənbə günü küçələrə yeridiləcək

Fransada növbəti kütləvi iğtişaş təhlükəsi... - Ordu şənbə günü küçələrə yeridiləcək

GÜNDƏM

Bugün, 00:03

Fransa ordusu  24 oktyabrda "Sarı Jiletlilər"in planlaşdırdığı nümayişlərin qarşısını almaq üçün meydanlara yeridiləcək.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Baş nazir Sebastyan Lekornu bəyanat verib.

O bildirib ki, ölkədə təhlükəsizliyin təmini məqsədiylə intensiv tədbirlər görüləcək.

Daxili işlər naziri Loran Nunyes isə Sentinelle küçələrdə yağma və talançılığın qarşısının alınması üçün antiterror əməliyyatında xidmət edən əsgərlərin vəzifələndiriləcəyini açıqlayıb: "Sözsüz ki, planlanan aksiyanın yenidən iğtişaşlara çevrilərək dövlətin və xalqın malına zərər yetirilməməməsi və sabitliyin təminatı üçün gücləndirilmiş polis qüvvələri də xidməti vəzifələrini layiqincə yerinə yetirəcək".

Xatırladaq ki, 17 oktyabrda yaşanan iğtişaşlara görə təxminən 2500 nəfər saxlanılıb, 1000-dən çox polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb, təxminən 3000 müəssisəyə ziyan dəyib və ya talan olunub.

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR