Vüsal Şilderin qətli ilə bağlı məhkəmə: şahid ifadə verib
KRİMİNAL
Bugün, 17:26
Bakıda 13 il əvvəl qətlə yetirlən Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirlən Xəyal Əlizadənin məhkəmə prosesində şahid ifadə verib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsə əvvəlcə ifadə vermək təklif edilib.
Xəyal Əlizadə isə şahidlərin dindirilməsindən sonra ifadə verəcəyini bildirib.
Prosesdə şahid qismində dindirilən Pəri Qasımova deyib ki, hadisə olan günü həmin yerə yaxın olan qarajda olub:
"Yoldaşım qarajda səliqə-səhman yaradırdı. Mən də əyləşmişdim. Gördüm iki nəfər dalaşır. Mən qışıqraraq yanımdakılara dedim ki, aralayın birdən nəsə olar. Sonra oğlanı bıçaqla vurduğunu gördük, vurandan sonra əlinin qanını silə-silə yanımızdan keçib getdi. Uşaq qışıqırırdı ki, qoymayın ölüm. Oğlanı bir əli tutmuşdu, bir əli də vururdu. Hadisə yerində başqa adam görmədim".
Şahid deyib ki, hadisədən sonra məhkəmədə ifadə verib:
"O zaman məhkəmədə ifadə verərkən tutulan şəxsin oğlanı vuran adam olmadığını dedim. Mənə zarafata dedilər ki, həbsdə kökəlib, dəyişilib".
Növbəti iclas noyabrın 24-nə təyin olunub.
Qeyd edək ki, Şilder Vüsal Adolf 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində qətlə yetirilib.
Rəsmi məlumata görə, faktla bağlı Elman Seyidağa oğlu İsgəndərov Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Seymur Teymur oğlu Talıbov isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirli bilinib.
Müvafiq məhkəmə hökmləri ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il maddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Həmçinin Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.
Xəyal Əlizadə Azərbaycanın hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.
Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.
Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar "Mercedes Benz"in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Deputatlar bu tarixdə toplanır - 12 məsələ müzakirə olunacaq (SİYAHI)
Bugün, 18:54 GÜNDƏM
-
Fransa getməyin! - XİN xəbərdarlıq yaydı
Bugün, 18:23 SİYASƏT
-
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı bu şirkətlə sövdələşdi - 505 min manatlıq...
Bugün, 18:07 İQTİSADİYYAT
-
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açıldı - Leyla Əliyevanın iştirakıyla + FOTOLAR
Bugün, 18:01 MƏDƏNİYYƏT
-
Polşada bomba həyəcanı: 3000 nəfər təxliyə edildi
Bugün, 17:39 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara xəbərdarlıq edib
Bugün, 17:28 CƏMİYYƏT
-
Vüsal Şilderin qətli ilə bağlı məhkəmə: şahid ifadə verib
Bugün, 17:26 KRİMİNAL
-
Daha bir deputat Ərdoğanın partiyasına keçdi
Bugün, 17:13 DÜNYA
-
Aparıcı efirdə yuxulayan musiqiçini belə oyatdı - VİDEO
Bugün, 17:07 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi"
Bugün, 16:58 SİYASƏT
-
Hikmət hacıyevlə İsveç səfiri müzakirə aparıb
Bugün, 16:57 SİYASƏT
-
General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - 10 ildən çox…
Bugün, 16:36 KRİMİNAL
-
Erman Toroğlu Sergen Yalçının təyinatını səhv sayır: "Hər kəs axmaq deyil"
Bugün, 16:25 İDMAN
-
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - Bu ərazilərdə + DETALLAR
Bugün, 16:09 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir memorandumu təsdiqləyib
Bugün, 16:00 GÜNDƏM
-
Daha bir kompleks Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - Sərəncam imzalandı
Bugün, 15:54 MƏDƏNİYYƏT
-
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri
Bugün, 15:51 SİYASƏT
-
Dünya onun ölümündən danışırdı - Kim Çen In ortaya çıxdı (FOTOLAR)
Bugün, 15:49 DÜNYA
-
"Fənərbaxça" - "Slaviya Praqa" matçını bu kanal canlı yayımlayacaq
Bugün, 15:34 İDMAN
-
Ermənistanın ikinci prezidenti barədə yeni qərar veriləcək
Bugün, 15:16 SİYASƏT
-
Müğənni Dəniz Əsədova Afət Fərmanqızını məhkəməyə verdi - Xüsusi ittiham qaydasında
Bugün, 15:12 ŞOU-BİZNES
-
Kreml: "Putinlə Vitkoffun tezliklə görüşü gözlənilir"
Bugün, 15:05 GÜNDƏM
-
"Məkkə Sazişi" Parlamentə göndərilib
Bugün, 14:49 GÜNDƏM
-
""44" filmində hər şey çox gözəldir" - Kəmaləddin Heydərovdan açıqlama
Bugün, 14:41 MƏDƏNİYYƏT
-
Sabah bəzi yerlərdə leysan yağacaq - Xəbərdarlıq
Bugün, 14:34 CƏMİYYƏT
-
Aİ-dən RƏSMİ MOSKVAYA SƏRT İTTİHAM: "Rusiya qidadan silah kimi istifadə edir" - "Moldova, Rumıniya və Polşa ilə sərhəd hədəfdədir, NATO ilə birgə..."
Bugün, 14:10 GÜNDƏM
-
Bakı Şəhər İcra Hakimiyyətində geniş müşavirə keçirilib, yeni tapşırıqlar verilib
Bugün, 14:05 CƏMİYYƏT
-
Şadlıq sarayında qonaqlara zay ət verilir? - AQTA yoxlama apardı və... + VİDEO
Bugün, 13:53 CƏMİYYƏT
-
Husilər hərbi bazanı vurub: 58 hərbçi həlak olub, 200-dən çox yaralı var
Bugün, 13:39 DÜNYA
-
Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - Aşqabadda + FOTOLAR
Bugün, 13:02 GÜNDƏM
-
“Xəzər Lənkəran”ın keçmiş vitse-prezidenti ilə “Yapı Kredi Bank” arasında qalmaqal...
Bugün, 12:47 İQTİSADİYYAT
-
İKİ RAYON, BİR ŞƏHƏRƏ PROKURORLAR TƏYİN EDİLDİ
Bugün, 12:35 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:23 CƏMİYYƏT