Norveçdə içməli su yararsız düşüb - Bölgə əhalisinə xəbərdarlıq olunub

Norveçdə içməli su yararsız düşüb - Bölgə əhalisinə xəbərdarlıq olunub

DÜNYA

Bugün, 18:38

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyeni bölgəsində içməli su böhranı başlayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, artıq rəsmi dairələr bölgə əhalisiinə ağır metal çirklənməsi səbəbindən kran suyu içməmək barədə xəbərdarlıq ediblər.

Məlumatda deyilir ki, suda yaranan bu problem ən sürətli istiləşmə bölgələrindən biri kimi qabardılan Lonqyirbyendə artan temperaturla əlaqələndirilir: "Min illərdir  donmuş  buzlaqların əriməsi ilə açıq qayalardan sızan metallar şəhərin əsas içməli su mənbəyi olan İsdammen gölünə qarışıb".

Məlumat üçün bildirək ki, şimal qütbündən təxminən 800 mil (1287 kilometr) məsafədə yerləşən Lonqyirbyenidə temperaturun yüksəlməsi qlobal orta göstəricidən 5-7 dəfə daha sürətli gedir.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR