Naxçıvanın Bakıdakı Daimi nümayəndəliyinin rəhbərinın təyinatı rəsmi saytlarda niyə yer almayıb? - FOTOFAKTLAR 

Naxçıvanın Bakıdakı Daimi nümayəndəliyinin rəhbərinın təyinatı rəsmi saytlarda niyə yer almayıb? - FOTOFAKTLAR 

GÜNDƏM

Bugün, 15:16

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilən Bəxtiyar Əsgərovun yerinə nümayəndəliyin məsləhətçisi, eyni zamanda,  Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun qeyri-rəsmi sürücüsü funksiyasını yerinə yetirən Abbas Muxtarzadənin təyinatı ətrafında diqqətçəkən iddialar var.

Mia.az-ın əldə etdiyi məlumata görə, yeni nümayəndə təyin olunan Abbas Muxtarzadə ilə bağlı əmr xəbərinin üzərindən 8 gün ötsə də, hələ də nümayəndəliyin rəsmi saytında onun adı deyil, əvvəlki rəhbər Bəxtiyar Əsgərovun adı rəhbər kimi göstərilir (http://ndn.org.az/autobiography.php)  

İkinci digər maraqlı məsələ isə Abbas Muxtarzadı ilə bağlı sərəncamın Naxçıvan Nazirlər Kabinetinin rəsmi saytına hələ də yerləşdirilməyib, yaxud da oradan sonran götürülüb...(Fakt aşağıdakı fotoda - mia.az).

Üçüncü məsələ isə Abbas müəllimin sosial media səhifələrində təyinatla bağlı rəhbərliyə hər hansı bir minnətdarlıq paylaşımı yoxdur. Və üstəlik, Feysbuk-dakı səhifəsində təyinatıyla əlaqədar təbrik yazanlara cavab reaksiyası da bu yazıyadək olmayıb.

Hər iki halda ortaya haqlı sual çıxır: məlumat niyə rəsmi saytlarda yer almayıb? Və Abbas Muxtarzadə niyə susur? Yaxud, A.Muxtarzadə hazırda nümayəndəlikdəki rəhbərə aid xidməti otaqda əyləşirmi?!

Bu və ya digər suallarla bağlı Abas Muxtarzadəyə "Facebook"dakı profili üzərindən sorğu vermişk. Cavabı yazıya əlavə edəcəyik.

P.S. Abbas Muxtarzdə yazınınmanşetindəki fotolda əlində gül tutan şəxsdir.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR