Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - FOTO, VİDEO

Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - FOTO, VİDEO

SİYASƏT

Bugün, 17:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mia.az lent.az-a istinadla xəbər verir ki, Prezident Aparatının Katibliyinin keçmiş rəhbəri Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsinə qatılıb. Daha sonra o məhkəmə binasını tərk edib. 

Əməkdaşımız onun görüntülərini əldə edib. Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR