“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
SİYASƏT
Bugün, 15:51
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla saziş məsələsinə yenidən toxunaraq Bakı ilə sülhün hansı şərtlər əsasında qurulmalı olduğunu izah edib.
O deyib ki, Azərbaycanla sülh sazişinin imzalanmasının nəticəsi olaraq Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Eyni zamanda, sərhədin hər iki tərəfində anklav və eksklavlar qalmamalıdır. Bakı və İrəvan əraziləri dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişməlidir.
“Bütün yollar və kommunikasiya xətləri həm “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsi çərçivəsində, həm də ondan kənarda açıq olmalıdır. Bakı və İrəvan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlərdə bir-birinin işinə qarışmamalıdır. Qarabağ, Qardman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi ilə bağlı heç bir tələb olmamalıdır”, – deyə o bildirib.
Əslində, Paşinyan əvvəllər də bu motivdə çıxış edib. Məsələn, o, başqa bir çıxışında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşısına məqsəd qoyduğunu deyib.
Öncə onu deyim ki, iki ölkə arasında sülh danışıqları davam edir. Paralel olaraq, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də davam edir. Ortada ciddi bir konflikt və ya kəskin fikir ayrılığı yoxdur. Lakin mübahisəli məsələlər, xüsusilə də anklav və eksklavlarla bağlı məsələlər hələ də qalmaqdadır. Tərəflər həlli mübahisəli olan və ya sülhə mane ola biləcək məsələləri növbəti mərhələyə saxlasalar da, Paşinyanın indiki məqamda bu fikirləri səsləndirməsi diqqət çəkir.
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” fikri mövcud reallıqlar çərçivəsində bir qədər mübahisəlidir. Məsələn, Başkənd sərhəddən 18 kilometr məsafədədir. Üstəlik, ərazi dağlıqdır. Ən önəmlisi isə Ermənistandan ora normal yol belə yoxdur. Amma ərazisi 40 kvadratkilometrdir.
Kərki isə sərhədimizin 8 kilometrliyindədir. Olduqca strateji yerdə yerləşir və Ermənistanın şimalını cənubu ilə birləşdirən M-2 magistralı Kərkidən keçir. Ərazisi 9 kvadratkilometrə yaxındır.
Tavuş vilayətindəki Azərbaycana məxsus Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri də kritik strateji əhəmiyyət daşıyır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi anklav və eksklavların taleyi ilə bağlı rəsmi yanaşma sərgiləməyib. Beynəlxalq təcrübədə bu və bu kimi məsələlər ya qarşılıqlı dəyişmə, ya birtərəfli güzəşt, ya da mövcud status-kvonun saxlanılması ilə tənzimlənir.
Azərbaycanla Ermənistanın bu məsələni necə tənzimləyəcəyini indidən demək çətindir. Çünki bu məsələdə daha çox Paşinyanın bəyanatları barədə məlumatlıyıq. Azərbaycan isə görünür, hələlik bu məsələdə tələsmir.
Bizim üçün prioritet məsələ, şübhəsiz ki, yekun sülh sazişidir. Onun mətni Vaşinqtonda keçirilən görüşdə razılaşdırılıb. Reallaşmamasının əsas səbəbi isə Ermənistanda Konstitusiyanın dəyişdirilməsi məsələsidir. Bu proses başa çatdıqdan sonra sülh müqaviləsi imzalanacaq. Məhz bundan sonra Azərbaycan məsələyə qayıda bilər.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov Banqladeş XİN başçısı ilə görüşüb
Bugün, 18:03 SİYASƏT
-
Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...
Bugün, 17:55 GÜNDƏM
-
Vasif Talıbov YAP-dakı gücünü də itirdi
Bugün, 17:38 SİYASƏT
-
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
Bugün, 17:27 SİYASƏT
-
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
Bugün, 17:27 İQTİSADİYYAT
-
Aparıcı mesajları qəsdən gec cavabladıranları qınadı: "Çox zavallısınız"
Bugün, 17:20 CƏMİYYƏT
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
Bugün, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
Bugün, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
Bugün, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
Bugün, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
Bugün, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
Bugün, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
Bugün, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
Bugün, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
Bugün, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
Bugün, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
Bugün, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Bugün, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
Bugün, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Bugün, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
Bugün, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
Bugün, 13:16 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyasında yeni hakimlər təltif olunub
Bugün, 13:10 CƏMİYYƏT
-
İran ordusu: "Bu günə qədər heç bir düşmən gəmisi Oman körfəzinə girməyə cəsarət etməyib"
Bugün, 13:00 DÜNYA
-
ONLARA "TƏRƏQQİ" MEDALI VERİLDİ - Sərəncam
Bugün, 12:46 GÜNDƏM
-
Prezident İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib - FOTOLAR
Bugün, 12:43 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:43 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Bugün, 12:37 GÜNDƏM
-
“Peton Holding”in sahibini şantaj edənlərin məhkəməsi davam edir
Bugün, 12:18 KRİMİNAL
-
Rəşad Məcid şura sədrliyindən getdi, yerinə dekan gəldi - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 12:09 PRESS
-
Zahid Oruc Milli Məclisdə: ”Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz”
Bugün, 11:51 SİYASƏT
-
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir - Yeni layihə qəbul edildi
Bugün, 11:38 İQTİSADİYYAT
-
Dövlət qulluğuna işəqəbul, qulluq stajı, ixtisas dərəcələri, sınaq müddəti... - "Dövlət qulluğu haqqında" Qanun dəyişir
Bugün, 11:31 GÜNDƏM