NATO: "Moskva Avropaya qarşı "kölgə müharibəsi" aparır" - "Rusiya yaxşı vəziyyətdə deyil"

NATO: \"Moskva Avropaya qarşı \"kölgə müharibəsi\" aparır\" - \"Rusiya yaxşı vəziyyətdə deyil\"

DÜNYA

Bugün, 15:37

"NATO Rusiyanın hibrid hücumlarına cavab verəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Rusiyanın NATO müttəfiqlərinə hibrid və kiberhücumları ilə bağlı Estoniyanın paytaxtı Tallində Baş nazir Kristen Mixal ilə birgə mətbuat konfransında verilən suala cavabda deyib.

O, Rusiya ilə əlaqəli hibrid hücumların artmasını etiraf edib. Bildirib ki, Moskva Avropaya qarşı "kölgə müharibəsi" aparır: "Ruslar tərəfindən həyata keçirilən bütün bu hibrid, kiber və digər fəaliyyətlərə cavab verməyə hazırıq. Biz bununla bağlı gərəkli təlim keçmişik. Hazırlıqlıyıq. Bütün cavab variantlarımız var. Onları ictimaiyyətə açıqlanmayacağam. Bizim nə etdiyimizi həmişə görməyəcəksiniz. Şəksiz ki, biz həmişə  eyni şəkildə cavab verməyəcəyik. Bəzən simmetrik, bəzən isə asimmetrik cavablarımız olacaq”.

Baş katib 2024-cü ilin dekabr ayının sonunda Estoniya və Finlandiya arasında sualtı kabelin kəsilməsinə cavab olaraq 2025-ci ilin yanvar ayında “Baltik Keşikçisi” əməliyyatına başladıqlarını da xatırladaraq bildirib ki, bu, əslində görünən cavab idi: “Etdiyimiz şey həmişə görünməyəcək, amma əsas məsələ odur ki, biz daha güclüyük. Rusiya yaxşı vəziyyətdə deyil. Bu hibrid hücumlar və digər hərəkətlər zəifliyin əlamətidir”.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR