Danimarka və Almaniyanı birləşdirən tunel tikintisinə kiberhücum oldu

Danimarka və Almaniyanı birləşdirən tunel tikintisinə kiberhücum oldu

DÜNYA

Bugün, 00:02

Danimarkanı Baltik dənizi üzərindən Almaniyaya birləşdirəcək Fehmarnbelt tunelinin tikintisinə ciddi problem yaradılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 18 kilometrlik yeraltı tunel üçün əsas podratçı şirkətin sisteminə  kiberhücum olunub.

Məlumata görə, hücumla tikinti şirkıətinin  mərkəzi elektron sistemlərin sıradan çıxarılıb: "Üstəlik, işçiləri sistemlıə bağlantısı tamamilə qoparılıb".

Xəbərdə kiberhücumu hansı qüvvənin həyata keçirdiyinin araşdırldığı da bildirilib.

Xatırladaq ki, Fehmarnbelt tunelinin Skandinaviyanı Kopenhagen və Lollandın daxil olduğu Sjaelland adası vasitəsilə Almaniyaya birləşdirir. 2021-ci ildə tikintisinə başlanan yeraltı keçidin 2029-cu ildə tamamlanması nəzərdə tutulub.

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR