Trampdan Rusiya ilə Ukrayna arasında son anlaşmaya reaksiya: "Hər iki tərəf atəşkəsi pozub"

Trampdan Rusiya ilə Ukrayna arasında son anlaşmaya reaksiya: \"Hər iki tərəf atəşkəsi pozub\"

GÜNDƏM

Bugün, 20:54

"Rusiya və Ukrayna arasında atəşkəs sazişinə hər iki tərəf əməl etməyib. Pozuntu halları var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ohayo ştatındakı seçki kampaniyası mitinqində gedərkən Ağ Evin qarşısında jurnalistlərin suallarına cavabda deyib.

Tramp Moskva ilə Kiyev arasında enerji sahəsində atəşkəs sazişinin hələ də qüvvədə olub-olmadığı barədə suala cavabda bildirib ki, hər iki tərəf razılaşma "hə" deyib:  "Bəli, onlar bunu qəbul etdilər. Bilirsinizmi niyə? Çünki mən dedim. Onlar da razılaşdı. İndi bu məsələ öz həll tapmalıdır. Bu müharibə tam bir fəlakətdir".

ABŞ liderinə  Ukrayna Prezidenti Zelenskinin Rusiyanın sazişi pozması barədə açıqlamasına da münasibət bildirib: "Biz buna dəqiqləşdirməliyik. Ancaq hər iki tərəfdən pozuntular olub. Bunu bilirik. Bəziləri deyir ki, Putinin sazişi dəstəkləyir, Zelenski isə yox. Düşünürəm ki, Putin razılaşma əldə etmək istəyir və biz Zelenskinin də razılaşma əldə etmək istəməsinə nail olmalıyıq. Açqı deyim ki, Putin razılaşmanı Zelenskidən daha çox istəyir".

ABŞ prezidenti Rusiya ilə bağladıqları dizel razılaşmasının təkcə ABŞ üçün deyil, bütün dünya üçün vacib olduğunu da sözlərinə əlavə edib.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR