NAXÇIVAN NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ POSTUNA ŞOK TƏYİNAT - Rəhbər vəzifəsi kimə tapşırıldı? (FOTOLAR)

NAXÇIVAN NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ POSTUNA ŞOK TƏYİNAT - Rəhbər vəzifəsi kimə tapşırıldı? (FOTOLAR)

SİYASƏT

Bugün, 15:43

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilən Bəxtiyar Əsgərovun yerinə maraqlı təyinat gerçəkləşib.

Mia.az Reyting.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə bu vəzifənin icrası Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun sürücüsü Abbas Muxtarzadəyə həvalə edilib (Yazıya əlavə olunmuş fotolarda əlində gül tutan şəxs - Redak.).

Bildirilir ki, C.Cəlilov Baş nazir təyin olunduqdan sonra da Bakıya gələrkən A.Muxtarzadə ona sürücülük etməyə davam edib.

İddiaya görə, nümayəndəliyin sabiq rəhbəri Bəxtiyar Əsgərovun vəzifədən uzaqlaşdırılmasında Ceyhun Cəlilov daimi nümayəndəlikdəki Abbas Muxtarzadəyə yaxın olan qruplaşmadan istifadə edib.

Mövzu ilə bağlı əlavə araşdırmamız olacaq. Tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR