"Tacir müəllim sənəti yaşadan, gənc yaşlarından Bayatı-Şirazı qızıl fonda yaşadan, istedadlı və..."

\"Tacir müəllim sənəti yaşadan, gənc yaşlarından Bayatı-Şirazı qızıl fonda yaşadan, istedadlı və...\"

MƏDƏNİYYƏT

Bugün, 10:20

Bir məsələni də düşünmək lazımdır: Tacir müəllim sənəti yaşadan, gənc yaşlarından Bayatı-Şirazı qızıl fonda yaşadan, istedadlı və zəhmətkeş bir ifaçı-sənətkardır.

Bəs niyə belə sənətkarlara dövlət səviyyəsində layiq olduqları fəxri adların verilməsi məsələsinə biganə yanaşılır?

Sənətkarın əməyinə verilən ad sadəcə bir titul deyil. Bu, illərlə çəkilən zəhmətin, sənətə göstərilən sədaqətin və milli mədəniyyətə verilən töhfənin dövlət tərəfindən tanınmasıdır. Sənətkar bu adı yalnız özü üçün daşımır. O ad həm də gələcək nəsillərə bir sənəd, bir tarix, bir yaddaş olur.

Bu gün yaşayan sənətkara qiymət vermək lazımdır ki, sabah onun haqqında danışarkən deməyək: “Kaş vaxtında qiymətləndirəydik...”

Əgər bir insan ömrünü xalqın musiqisinə, sözünə və milli mədəniyyətimizin yaşadılmasına həsr edirsə, onun əməyinin dövlət tərəfindən görülməsi və qiymətləndirilməsi ən azı mənəvi haqqıdır.

Sənətkar yaşadığı müddətdə qiymətləndirilməlidir.

Sənət yaşadıqca sənətkara sahib çıxılmalıdır.

Çünki sənətkara verilən dəyər əslində xalqın öz mədəniyyətinə verdiyi dəyərdir.

Mən inanıram ki, Tacir müəllimin sənət yolu, fəaliyyəti və milli mədəniyyətimizə verdiyi töhfələr aidiyyəti qurumlar tərəfindən obyektiv şəkildə nəzərdən keçiriləcək.

Haqqı olan sənətkara haqqını vermək nə güzəştdir, nə də lütf. Bu, sənətə və sənətkara olan borcdur.

Unutmayaq: adlar zamanla unudula bilər, amma sənət xalqın yaddaşında yaşayır. Sənətkara verilən fəxri ad isə həmin yaddaşın dövlət səviyyəsində təsdiqidir.

Səxavət Kəlbəcərli,

Şair

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR