Türkiyədə yüksək vəzifəli şəxs güllələndi

Türkiyədə yüksək vəzifəli şəxs güllələndi

KRİMİNAL

Bugün, 00:05

Türkiyənin Afyonkarahisar şəhərində yüksək vəzifəli şəxs güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhər valisinin müavini İhsan Ayrancı ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həkimlər həyatını xilas edə bilməyib.

Məlumatda onun hansı şəraitdə və necə güllələnməsinin hələlik bəlli olmadığı bildirilib. Əlavə olunub ki, araşdırma başlayıb.

Afyonkarahisar Valiliyiindən verilən açıqlamaya əsasən, İhsan Ayrancı bu axşam vəfat edib: "Mərhum vali müavinimiz İhsan Ayrancıya Allahdan rəhmət diləyir,  ailəsinə, qohumlarına, həmkarlarına və sevənlərinə başsağlığı verir və səbir diləyirik. Məsələ ilə bağlı araşdırma davam edir."

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR