Abşeron xəstəxanasında şok olay: Baş həkimin müavinini kim və niyə vurub? - TƏBİB-in keçmiş rəhbərinin yaxın qohumu imiş (YENİLƏNİB)

Abşeron xəstəxanasında şok olay: Baş həkimin müavinini kim və niyə vurub? - TƏBİB-in keçmiş rəhbərinin yaxın qohumu imiş (YENİLƏNİB)

CƏMİYYƏT

Bugün, 11:54

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Mia.az lent.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mia.az- onu da bildirir ki,  Orxan Ənvərli 2026-cı ilin yayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsindən azad olunaraq,  Abşeron rayon Xəstəxanasında adıçəkilən vəzifəyə təyin olunub.

***

Mia.az xəbər verir ki, Ölkə.az bıçaqlanan baş həkim müavini ilə bağlı maraqlı iddiaları ortaya çıxarıb.

TƏBİB-in sabiq departament rəhbəri olan Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişərək Ənvərli edib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohumluq əlaqələrini gizləmək məqsədilə etdiyi iddia edilir.

Onu da qeyd edək ki, O. Ənvərli 2026-cı ilin yayında TƏBİB-dəki vəzifəsindən azad edilərək Abşeron rayon Xəstəxanasın baş həkimin müavini təyin edilib.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR