TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO

TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO

CƏMİYYƏT

Bugün, 13:11

Artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb. 

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib. 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb: “Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.


Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR