DTX rəisi: "Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir"

DTX rəisi: \"Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir\"

GÜNDƏM

Bugün, 10:01

"Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir".

Mia.azxəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 4004 nəfəri Birinci Qarabağ, 6-sı isə İkinci Qarabağ müharibəsində itkin düşüblər.

DTX rəisi həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdən 32 kütləvi məzarlıq aşkarlanıb: "Həmin məzarlıqlardan 253 nəfərin meyiti qalıqları ekshumasiya edilib"(report).

***

2026-cı ilin 1 oktyabrınadək 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanaraq götürülüb.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

O bildirib ki, İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntularıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir: "Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilmişdir. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilmişdir. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır".

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR