"Starbucks" istehlakçılara fırıldaq gəlir? - Açıqlamalar

\"Starbucks\" istehlakçılara fırıldaq gəlir? - Açıqlamalar

İQTİSADİYYAT

Bugün, 09:49

Dünyaca məşhur "Starbucks" şirəti məhkəməyə verilib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, şikət fırıldaqçılıqda ittiham olunur.

Belə ki, şirkətin "şəkərsiz" adıyla satdığı bəzi içkilərin tərkibində bol şəkər qatdığı iddia edilib.

Bu səbəbdən bir neçə ştat üzrə bir qrup istehlakçı şirkətə qarşı ABŞ-ln Federal məhkəməsində  iddia qaldırıb: "Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarında "Starbucks"ın şəkərsiz protein içkilərini alan üç istehlakçı adından açılan məhkəmə iddiasında vanil və karamel dadlı isti və soyuq protein latteləri, həmçininprotein matça içkilərinin hər porsiyada 13 ilə 21 qram arasında şəkər olduğu müəyyən edilib. İddiaçılar bunu əsas götürüb, şirkəti istehlakçıların natamam məlumatla aldatdığını deyirlər".

İstehlakçı hüquqları üzrə vəkil Stiv Berman bildirib ki, sağlamlıq, diabet və ya qan şəkəri səviyyəsi kimi müxtəlif səbəblərə görə şəkərdən "qaçan insanlar var: "Şirkt isə yanlış etiketləmə  və ya fərqli məhsul təqidm etməklə onları aldadır"

"Starbucks" isə iddiaları rədd edir. Şirkətdən bildirilib ki, proteinli içkilər, şəkərsiz seçimlər və sair içkilərin tərkibi haqqında məlumatlar menyularda, veb saytda və mobil tətbiqdə təqdim olunur: "İçkilərdəki şəkər məhsullarda istifadə edilən proteinlə zənginləşdirilmiş süddən gəlir. Bu, əlavə şəkərdən deyil".

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR