Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur? - Ekspert Fərid Cəfərlidən açıqlamalar

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur? - Ekspert Fərid Cəfərlidən açıqlamalar

İQTİSADİYYAT

Bugün, 18:55

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir".

Mia.az xəbər verir ki, bunu Big.az-a açıqlamasında əmlak məsəəəri ürə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, əsas məqamlardan biri mənzil alarkən ilkin maliyyə yükünün alıcılar üçün mühüm rol oynamasıdır. Birotaqlı mənzillərin ümumi satış qiyməti daha böyük mənzillərlə müqayisədə nisbətən aşağı olduğundan, müəyyən alıcı qrupları üçün daha əlçatan seçim olaraq qalır.

Bu isə həmin seqmentdə tələbin daha davamlı olmasına səbəb ola bilər:

"Digər mühüm amil təklifin məhdudluğu və yeni tikililərdə mənzil formatlarının dəyişməsidir. Yeni layihələrdə mənzillərin sahəsi, planlaşdırılması və otaq strukturu əvvəlki dövrlə müqayisədə fərqlənə bilər. Konkret ərazidə kiçik sahəli mənzillərin təklifi məhdud, onlara olan tələb isə yüksəkdirsə, bu, qiymətlərə əlavə təzyiq yarada bilər.

Birotaqlı mənzillərə marağın digər səbəbi onların investisiya baxımından daha çevik aktiv kimi qəbul edilməsidir. Belə mənzillər müəyyən hallarda kirayə bazarında daha geniş potensial auditoriyaya malik olur və bu da investorların həmin seqmentə marağını artıra bilər.

Burada lokasiya faktoru da xüsusi əhəmiyyət daşıyır. Eyni sahəyə malik iki birotaqlı mənzilin qiyməti yalnız binanın xüsusiyyətlərindən deyil, yerləşdiyi ərazidən də ciddi şəkildə asılı ola bilər. Metroya, əsas nəqliyyat xətlərinə, iş və təhsil mərkəzlərinə, ticarət və sosial infrastruktura yaxınlıq mənzilin bazar cəlbediciliyini artıra bilər.

Bununla belə, "bütün birotaqlı mənzillər bahalaşır" fikri mənzil bazarındakı vəziyyəti tam əks etdirməyə bilər. Qiymət dinamikası mənzilin yerləşdiyi ərazi, binanın yaşı, tikinti keyfiyyəti, təmir vəziyyəti, mərtəbəsi, ümumi sahəsi, planlaşdırılması və digər xüsusiyyətlərdən asılıdır.

Bu səbəbdən birotaqlı mənzillərdə qiymət artımını daha çox həmin seqmentdə tələb və təklifin nisbəti, mənzillərin lokasiyası və alıcıların maliyyə imkanları ilə əlaqələndirmək olar".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR