“Bravo”da rəf və kassa qiyməti problemi - Müştərilər şikayət edir...
İQTİSADİYYAT
Bugün, 15:21
"Bravo” supermarketlər şəbəkəsində məhsulların üzərində və ya vitrində göstərilən qiymətlə kassada hesablanan məbləğin fərqli olması ilə bağlı növbəti şikayət sosial şəbəkədə müzakirələrə səbəb olub.
Vətəndaş Sabina Məmmədova “Bravo”nun Koroğlu filialından aldığı “Hacı Turqay” markalı saçaqlı pendirin üzərində 6,02 manat qiymət göstərildiyi halda, kassada məhsulun 6,56 manata hesablandığını bildirib.
Şikayətçinin paylaşdığı fotoda məhsulun üzərində 6,02 manat qiymət göstərildiyi görünür. Onun sözlərinə görə, qiymət fərqini mağazada bildirdikdə məhsulun qiymətinin dəyişdiyi deyilib.
“Üstündə olan qiymət 6,02 idi, qəbzdə isə 6,56 ilə hesablanıb. Soruşursan, deyirlər qiymət dəyişib. Qiymət dəyişibsə, bunun qiyməti niyə dəyişməyib?” – deyə müştəri bildirib.
Vətəndaş bunun ilk belə hal olmadığını iddia edib. Onun sözlərinə görə, daha əvvəl də “Bravo”da məhsul rəfində bir qiymət göstərildiyi halda kassada daha yüksək məbləğ hesablanıb.
Paylaşımın şərhlərində digər “Bravo” müştəriləri də oxşar iddialarla çıxış ediblər. İstifadəçilərdən biri son 2-3 ayda aldığı çeklərdə mütəmadi olaraq bir və ya iki məhsulun daha baha hesablandığını bildirib. Başqa bir müştəri isə kolbasa məhsulu alarkən üzərindəki qiymətlə kassadakı qiymətin fərqli olduğunu və ona da səbəb kimi “qiymətin qalxması”nın göstərildiyini yazıb.
Digər şərhlərdə də “Bravo”da qiymət fərqi ilə dəfələrlə qarşılaşıldığı iddia olunub. Bəzi müştərilər buna görə alış-veriş zamanı kassada məhsulların qiymətini ayrıca yoxladıqlarını, digərləri isə yalnız evə çatdıqdan sonra çeki yoxlayarkən fərqi aşkar etdiklərini bildiriblər.
Müzakirələrdə diqqət çəkən məqamlardan biri də qiymət fərqinin əks istiqamətdə – kassada məhsulun vitrində göstəriləndən daha ucuz hesablanması hallarına niyə rast gəlinmədiyi barədə istifadəçilərin sualları olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi izahına əsasən, məhsulun satış qiyməti onun piştaxtada və ya vitrində göstərilən qiymətidir və istehlakçı ilə hesablaşma həmin qiymət əsasında aparılmalıdır.
Məsələyə “Bravo” Müştəri Xidmətləri də münasibət bildirib. Şirkət əvvəlcə hadisənin araşdırılması üçün aidiyyəti üzrə yönləndirildiyini açıqlayıb.
Daha sonra “Bravo” araşdırmanın nəticəsi ilə bağlı yenidən şikayətçiyə cavab verərək baş verənlərə görə üzr istəyib.
“Qiymət fərqi ilə bağlı Bravo-da qarşılaşdığınız xoşagəlməz hal üçün təəssüf edir və yaranmış narahatlığa görə bir daha üzr istəyirik. Müraciətiniz aidiyyəti üzrə araşdırılmışdır”, – şirkətin cavabında bildirilib.
“Bravo” qeyd edib ki, müvafiq filialdan daxil olan məlumat əsasında mağaza əməkdaşları ilə əlavə söhbət aparılıb, satış prosesində qiymətlərin düzgün əks etdirilməsi, eləcə də diqqət yetirilməli digər məqamlarla bağlı müvafiq tədbirlər görülüb./Plat.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Leyla Seyidovaya yeni vəzifə verildi
Bugün, 16:58 GÜNDƏM
-
Keçmiş Xarici İşlər naziri Mərdakanda bağ sahəsini zəbt edib? - Sabiq nazir "Sovet dövründə o torpaq sahəsi mənim atama verilib" deyir (Yneiləniib)
Bugün, 16:47 CƏMİYYƏT
-
Polkovnik Rahim Cəfərov təqaüdə göndərilib
Bugün, 16:45 CƏMİYYƏT
-
Özgür Özəl partiyasını satanlar haqqında elə şeylər dedi ki... "Xain oğlu xainlərdir"
Bugün, 16:29 GÜNDƏM
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTOLAR (Yenlənib)
Bugün, 16:19 GÜNDƏM
-
"Qalatasaray"ın baş məşqçisi "Kasımpaşa" matçına yeni heyətlə çıxacaq
Bugün, 16:09 İDMAN
-
Türkiyə parlamentində şok istefa - Vitse-spiker vəzifədən getdi (FOTO)
Bugün, 16:01 SİYASƏT
-
İsrail ordusu İrana hücum planı hazırlayır
Bugün, 15:53 GÜNDƏM
-
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 15:44 GÜNDƏM
-
Rusiyalı aparıcı Bakıda ev alıb
Bugün, 15:23 CƏMİYYƏT
-
“Bravo”da rəf və kassa qiyməti problemi - Müştərilər şikayət edir...
Bugün, 15:21 İQTİSADİYYAT
-
Müğənni bəzi blogerləri "görməmiş" adlandırdı: "...mənə acıq verirsən? "
Bugün, 15:21 MƏDƏNİYYƏT
-
Korrupsiya barədə məlumat verən şəxsə bu qədər mükafat veriləcək - Azərbaycanda qanun dəyişir, nələr olacaq?
Bugün, 15:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramovla ABŞ rəsmisi müzakirə apardı
Bugün, 15:03 SİYASƏT
-
Ermənistanda sərhədi keçən əsgərimizə görə istefalar başlayıb
Bugün, 14:54 SİYASƏT
-
Paşinyan hərbçimizlə bağlı sualdan yayındı - VİDEO
Bugün, 14:25 GÜNDƏM
-
Səbiyyə Panəliyeva saxlanıldı
Bugün, 14:24 KRİMİNAL
-
Daha 110 aptekdə yoxlama aparılıb
Bugün, 14:10 İQTİSADİYYAT
-
Belçikalı alim fizika üzrə Nobel mükafatını qazandı
Bugün, 13:59 PRESS
-
TƏBİB rəhbəri Ukraynadan Azərbaycana kadr gətirdi - Mərkəzin yeni direktoru kimdir? + FOTO
Bugün, 13:30 CƏMİYYƏT
-
"Palmalı" həlak olanlar barədə açıqlama yaydı: "Həlak olanların ailələrinə hər cür dəstək göstərilib"
Bugün, 13:15 SİYASƏT
-
Direktordan şok istefa: "TƏBİB-in yeni rəhbəri ilə işləmək istəmirəm"
Bugün, 12:48 CƏMİYYƏT
-
Türkiyədə daha bir unikal olay - İki türk amerikalı qadın zabitə sataşdı və...
Bugün, 12:46 DÜNYA
-
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:41 CƏMİYYƏT
-
Petek Dinçöz imicini dəyişdi - 36 il əvvələ geridönüş + FOTO
Bugün, 12:27 ŞOU-BİZNES
-
ÜÇ ÖLKƏ İRANA QARŞI BİRLƏŞİR, YOXSA... - Yəmən Məkkə Sazişi ölkələri üçün ilk ciddi sınaqdır (TƏHLİL)
Bugün, 12:13 SİYASƏT
-
Qubada iki keçmiş məhkum 19 kq narkotiklə saxlanılıb
Bugün, 11:58 KRİMİNAL
-
Anam məni danladı...
Bugün, 11:42 YAZARLAR
-
İstanbulda orta məktəbdə bir qız 7 şagirdi bıçaqladı
Bugün, 11:15 KRİMİNAL
-
Allahşükür Paşazadənin 40 il əvvələ aid görüntüsü paylaşıldı - VİDEO
Bugün, 11:04 SİYASƏT
-
Hidayət Heydərov DÇ-də: ilk qələbə qazanıldı (Yenilənib)
Bugün, 10:55 İDMAN
-
Quba sakini dəm qazından boğulub
Bugün, 10:50 CƏMİYYƏT
-
Bakıda 14 yaşlı qızın intim görüntülərini yayan 26 yaşlı şəxsə hökm oxundu
Bugün, 10:19 KRİMİNAL