İlham Əliyevin yeni mesajlarından çıxan nəticələr... - TƏHLİL
SİYASƏT
02.10.2026, 16:53
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib.
Prezident İlham Əliyev çıxışı zamanı bildirib: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.
Əvvəla, ilk dəfə deyil ki, Prezident bu haqda danışır. Xüsusilə münaqişədən danışarkən Ümummilli Liderin məsələnin həllinə dair fəaliyyətini, hakimiyyətdə olmadığı dönəmlərdəki vəziyyəti qeyd edir. Hesab edirəm ki, bu, təsadüfi deyil.
Məsələ ondadır ki, Qarabağ probleminin yaranması və dərinləşməsində Heydər Əliyevin həmin dövrdə Azərbaycanda olmaması mühüm paraleldir. Çünki 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycanda mərkəzi hakimiyyət zəifləmiş, siyasi idarəçilik böhranı yaranmış, paralel olaraq Qarabağda separatizm güclənmişdi. Prezident bu tarixi mənzərədə Heydər Əliyevin yoxluğunu mühüm siyasi amil kimi təqdim edir.
“Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verməzdi”, – ifadəsi də məhz bunun üzərində qurulub. Diqqətlə baxdıqda qeyd olunan fikir təkcə Heydər Əliyevin yoxluğu ilə məhdudlaşmır. Yəni burada söhbət güclü hakimiyyət və idarəçilik məsələsindən gedir. Həqiqətən də, həmin vaxt Azərbaycanda siyasi iradə və mərkəzləşdirilmiş idarəçilik daha güclü olsaydı, separatizm prosesinin bu miqyasda inkişaf etməsinin qarşısı alına bilərdi. Bu isə bir daha Heydər Əliyevin Azərbaycan tarixindəki rolunun əhəmiyyətini göstərir.
Əliyevdən xarici mesaj
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan heç vaxt hansısa ölkəyə qarşı iküzlülük, riyakarlıq nümayiş etdirməyib.
“Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik. Amma heç vaxt onlar kimi ola bilmərik”, – dövlət başçısı vurğulayıb.
“Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu, mümkündür”, – Prezident bildirib.
Məncə, Prezident İlham Əliyevin bu fikirləri də təsadüfi deyil. Xüsusilə son illərdə Azərbaycanın həm qonşuları, həm də Qərb ölkələri ilə münasibətlərində yaşanan proseslər fonunda bu açıqlama siyasi mesajlar daşıyır. Prezident “iküzlülük və riyakarlıq” ifadəsini işlətməklə Azərbaycanın özünə qarşı məhz belə münasibətlərlə dəfələrlə üzləşdiyini vurğulayır.
Əslində, Azərbaycan uzun illər ərzində həm İran, həm Rusiya, həm də Avropa ölkələri ilə münasibətlərdə öz maraqlarını qorumaqla yanaşı, qarşı tərəfin maraqlarını da nəzərə almağa çalışıb. Lakin həmin tərəflərin ölkəmizə münasibəti həmişə eyni prinsip üzərində qurulmayıb. Prezidentin çıxışındakı, “Dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik”, – ifadəsi də məhz bu təcrübəyə işarədir.
Xüsusi ilə İran və Rusiyadan Azərbaycana qarşı fərqli mövqelərin və siyasi dairələrin mövcudluğu bu gün də açıq şəkildə özünü göstərir. O baxımdan, Prezidentin, “Biz heç vaxt onlar kimi ola bilmərik”, – deməsi, qarşı tərəfin davranışına eyni üsulla cavab verməkdən imtina edən siyasi xəttin ifadəsidir.
Qərblə münasibətlərdə isə məsələ daha çox ikili standartlar müstəvisində ortaya çıxıb. Azərbaycan uzun illər ərzində Qarabağ məsələsində beynəlxalq hüquqa, ərazi bütövlüyünə və BMT qətnamələrinə istinad edib, eyni zamanda Qərb ölkələrinin bu prinsiplərə münasibətində ardıcıllıq olmadığını dəfələrlə bildirib. Prezidentin bu çıxışda “ləyaqətlə siyasət aparmaq” fikrini xüsusi vurğulaması da həmin kontekstdə diqqət çəkir. Yəni Azərbaycan özünün digər dövlətlərə münasibətində eyni standartı tətbiq etdiyini, qarşı tərəfin mövqeyindən asılı olaraq prinsipi dəyişmədiyini göstərmək istəyir.
Ölkə başçısı çıxışı zamanı qeyd edib ki, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır.
Bizim şanlı Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlət başçısı, bunun (hərbi gücümüzün artırılması – red.) nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib:
“Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.
Prezident İlham Əliyevin hərbi gücün artırılmasını “əsas vəzifələrdən biri” kimi göstərməsi də təsadüfi deyil. Xüsusilə Azərbaycan 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatlarından sonra regionda yeni reallıq formalaşdırıb. Bu gün real müharibə vəziyyəti və ya regionda hərbi əməliyatlar yoxdur. Lakin Azərbaycan gələcəkdə mümkün təhdidlərə qarşı hazırlıqlı olmalıdır.
Məncə, Prezidentin fikrində diqqət çəkən əsas məqam, “Bu, həmişə lazımdır, hər bir ölkə üçün”, – deməsidir. Yəni söhbət konkret olaraq mövcud münaqişənin yenidən başlaması ehtimalından getmir. Əksinə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müharibənin başa çatması hərbi gücə ehtiyacı aradan qaldırmır. Çünki regionda siyasi vəziyyət dəyişə, yeni təhlükələr və yeni güc balansları yarana bilər.
Digər tərəfdən, Azərbaycanın keçmişdə ərazi bütövlüyü ilə bağlı yaşadığı proseslər də bu yanaşmanın əsas səbəblərindən biridir. Prezidentin “xalqımız bu faciə ilə üzləşib” ifadəsi təsadüfi seçilməyib. Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan bir daha zəif vəziyyətə düşərək başqalarının qərarlarından asılı qalmaq istəmir.
Bu açıqlamanın başqa bir tərəfi də regiondakı güc balansı ilə bağlıdır. Azərbaycan hərbi imkanlarını artırmaqla təkcə mümkün müharibəyə hazırlaşmır, eyni zamanda öz təhlükəsizliyini və siyasi manevr imkanlarını qorumağa çalışır. Çünki beynəlxalq münasibətlərdə hərbi güc dövlətin xarici siyasətdə çəkisini müəyyən edən əsas amillərdən biridir.
Turan Rzayev
mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də - FOTOLAR
Bugün, 16:07 GÜNDƏM
-
Çeçenistanın başçısı Bakıda İlham Əliyevin qəbulunda: "Bu, bizim ortaq kədərimizdir" - "Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək" (FOTOLAR)
Bugün, 15:45 GÜNDƏM
-
Pakistanın Baş naziri İlham Əliyevə zəng edib - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
Bugün, 14:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
"Biz bu sülh gündəliyini dəstəkləyir və..." - Milli Məclisin deputatları və QHT rəhbərləri ABŞ senatorlarına cavab məktubu göndərdi
Bugün, 11:28 SİYASƏT
-
Prezident onlara yeni vəzifə verdi - Sərəncam
Bugün, 11:01 GÜNDƏM
-
MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Prezident sərəncam imzaladı + SİYAHI
Bugün, 10:55 GÜNDƏM
-
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağıb
Bugün, 10:45 GÜNDƏM
-
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
Bugün, 09:45 GÜNDƏM
-
PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu
Bugün, 09:17 GÜNDƏM
-
Azərbaycan nefti 130 dollara satılır
Bugün, 09:03 İQTİSADİYYAT
-
Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
Bugün, 00:40 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 CƏMİYYƏT
-
ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: "Ya BCM təhdidlərini dayandıracaq, ya da biz onu ortadan qaldıracağıq"
09.10.2026, 23:29 DÜNYA
-
Mətbuat katibi partiya sədrini hədələdi: "Həddindən artıq irəli getdin..."
09.10.2026, 23:21 DÜNYA
-
Prezident İlham Əliyevin Xəzərlə bağlı həyəcanlı mesajı... - TƏHLİL
09.10.2026, 23:17 SİYASƏT
-
Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - "Sizcə, o, AK Partiyaya xidmət edəcək?"
09.10.2026, 23:12 GÜNDƏM
-
Neftçi" - "Sabah" oyununda ara qarışdı - VİDEO
09.10.2026, 23:01 İDMAN
-
İran Prezidenti: "ABŞ və İsrailin Xəzər dənizində..."
09.10.2026, 20:26 SİYASƏT
-
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
09.10.2026, 20:02 GÜNDƏM
-
Çempionlar Lqası: Rafinya "Qalatasaray" matçını buraxacaq
09.10.2026, 18:30 İDMAN
-
Ukrayna 1900 km-dəki daha bir neft zavodunu vurub - Rusiyada
09.10.2026, 18:03 GÜNDƏM
-
Türkiyə Kuboku: 3-cü seçmə mərhələsinin püşkü atıldı
09.10.2026, 17:59 İDMAN
-
"Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
09.10.2026, 17:52 İDMAN
-
Müdafiə Sənayesi Nazirliyində qeyri-adi təyinat oldu - “ŞaurmaN1”dən birbaşa baş mühasib vəzifəsinə...
09.10.2026, 17:46 CƏMİYYƏT
-
Samuxda qonşu qonşusunu bıçaqladı
09.10.2026, 17:31 KRİMİNAL
-
“İrşad Electronics”in satış şöbəsinin rəhbərinə cinayət işi açılıb
09.10.2026, 17:12 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
09.10.2026, 17:00 İQTİSADİYYAT
-
Brazilya ilk qırıcısını sınaqdan çıxardı - FOTOLAR
09.10.2026, 16:56 DÜNYA
-
Səudiyyə Ərəbistanı: "Bab əl-Məndəb boğazı husi üsyançılarından tam təmizləndi"
09.10.2026, 16:27 DÜNYA
-
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026, 16:27 GÜNDƏM
-
Məktəblərdə vahid geyim formaları ilə bağlı monitorinq aparılacaq
09.10.2026, 16:16 GÜNDƏM
-
Azərbaycan və İran prezidentləri görüşüb - Nələr müzakirə olunub? (FOTOLAR)
09.10.2026, 15:57 GÜNDƏM
-
Həbsdə olan jurnalistlər bəraət istədilər: "Onsuz da bizi elə linç edibsiz ki, buraxsanız belə, evdən çıxa bilməyəcəyik" - Məhkəmə iclası
09.10.2026, 15:40 PRESS