İdman Akademiyasına prorektorların sayı artırıldı

İdman Akademiyasına prorektorların sayı artırıldı

CƏMİYYƏT

Bugün, 10:58

Azərbaycan İdman Akademiyasına yeni prorektor təyin olunub.

Ölkə.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, mexanika elmləri doktoru, professor Nailə Kələntərli Azərbaycan İdman Akademiyasının elm və innovasiyalar üzrə prorektoru təyin edilib.

O, son təyinata qədər ali məktəbin elm və innovasiya üzrə prorektorunun müşaviri vəzifəsində işləyib.

Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsi Gənclər və İdman Nazirliyinin tabeliyindədir.

Mia.az xatırladır ki, akademiyada 5 prorektor var: Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektor Rəfael Novruzov, Tələbələrlə iş üzrə prorektor Almaz Ələkbərova, Maliyyə və inzibati işlər üzrə prorektor Rizvan Əliyev, Ümumi işlər üzrə prorektor Taleh Qələndərli.

Onu da bildirək ki, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyev ötən ay qeyri-adi təyinatlara imza atıb. O, prorerktorlara müşavirlər təyin edib.

Məlumatda iddia olunur ki, yeni müşavirlərin hər birinə 3 min manat aylıq maaş ödəniləcək.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR