"Bu, Parlament və Türkiyə Prezidenti vəzifəsinə hörmətsizlikdir"

\"Bu, Parlament və Türkiyə Prezidenti vəzifəsinə hörmətsizlikdir\"

DÜNYA

01.10.2026, 22:43

"Yeni Partiyanın millət vəkillərinin Prezidentimizin çıxışı başlamazdan əvvəl parlamentdfən ayrılması Parlament və Türkiyə Prezidentinin vəzifəsinə hörmətsizlikdir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu prezident Ərdoğanın AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

O, Prezident Ərdoğanın parlamentin payız sessiyasının açılış mərasimində çıxışa qalxarkən Yeni Partiyanın 91 deputatının zalı tərk etməsinin heç nəyi dəyişməyəcəyini bildirib: "Prezident Ərdoğan bu gün tarixi bir çıxış edərək dövlət və siyasi həyatın gələcəyinə yol göstərəcək çox vacib və strateji siyasi mesajlar verib. Yeni Partiyanın millət vəkillərinin Prezidentin çıxışı başlamazdan əvvəl parlamentdən ayrılması Parlamentimizə və Türkiyə Prezident postuna hörmətsizlikdir". 

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR