TFF Montellanı niyə qova bilmir? - Müqavilədəki 5 milyon avro bəndi...

TFF Montellanı niyə qova bilmir? - Müqavilədəki 5 milyon avro bəndi...

İDMAN

Bugün, 15:49

Türkiyə yığmasının İtaliyaya 4-1 hesablı məğlubiyyətindən sonra tənqid atəşinə tutulan baş məqşçi Vinçenzo Montellanın gələcəyi yenidən sual altına alınıb.

Mia.az Türkiyə mətbuatıan istinadla xəbər verir ki, müqaviləsi 31 iyul 2028-ci ilə qədər olan italyan məşqçinin qovulması tələb olunsa da, Türkiyə Futbol Federasiyasının (TFF) susqunluğu diqqət çəkib.

Məlumata görə, bir neçə ay əvvəl Türkiyə Futbol Federasiyasının Vinçenzo Montella ilə yeni müqaviləsinin detalları üzə çıxıb. Aydın olub ki, illik maaşını 1,8 milyon avrodan 2,2 milyon avroya qaldırılan məşqçinin müqaviləsinə vaxtından əvvəl, yəni,  31 iyul 2028-ci ildən tez xitam verilsə, o zaman TFF ona 5 milyon avro təzminat ödəyəcək: "TFF müqavilədəki bu bəndə görə susur".

FƏRİD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR