TÜRKİYƏ 33 İL ƏVVƏLƏ GERİ DÖNÜR: Aselsan yeni mobil telefonların istehsalına başlayır

TÜRKİYƏ 33 İL ƏVVƏLƏ GERİ DÖNÜR: Aselsan yeni mobil telefonların istehsalına başlayır

İQTİSADİYYAT

Bugün, 00:09

1993-cü ildə ilk dəfə mobil telefon istehsl edən, lakin qısa müddət sonra istehsalı müəmmalı şəkildə dayandıran Türkiyənin məşhur ASELSAN şirkəti "Türk Telekom"la birgə ilk dəfə yerli smartfon istehsalına hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq istehsal prosesi ilə bağlı işlər sürətlə davam edir.

Məlumata görə, Malatyada qurulan zavodda istehsal olunacaq mobl telefonların ilk partiyası 2027-ci ilin yarısında satışa buraxılacaq.

Xəbərdə deyilir ki, yeni telefona hələ ad verilməyib: "Şirkət rəhbərliyi telefona 5 ad düşünüb. Onlar beş marka adından birinin seçimini isə Prezident Ərdoğanın ixtiyarına buraxıb. Cihazın adı Ərdoğanın seçimi ilə müəyyənləşəcək".

Məlumata görə, ASELSAN yeni telefonların aparat təminatı və istehsalı idarə edəcək: ""Türk Telekom" isə proqram təminatı, məzmun, marketinq, paylama və brendləşmə ilə məsul olacaq. Əvvəlcə Android əməliyyat sistemi ilə satışa çıxarılması planlaşdırılan telefonun məqsədi sonrakı mərhələlərdə yerli əməliyyat sisteminə və yerli çipə keçməkdir".

"Türk Telekom"un baş direktoru Abubəkir Şahin bildirib ki, təxminən bir il ərzində yeni telefonlar daha da modernl.şdiriləcək və bütün detallar tamamilə yerli mallardan ibarət olacaq.

Xatırladaq ki, mobil telefon istehsalı ASELSAN üçün yeni bir sahə deyil.

Şirkət 1997-ci ildə - Türkiyədə mobil telefonların ilk  yayılmağa başladığı dövrdə telefonlar istehsal edib. 1993-cü ildə telefon istehsalına başlayan ASELSAN o zaman elə "Aselsan" adıyla iki növ mobil telefon buraxıb. Bununla da dünyada mobil telefon istehsal edən 9 ölkədən birinə çevrilən Türkiyədə sonradan bir iş "tormozlanıb".

Onu da qeyd edək ki, Türkiyənin o zaman istehsalı olan "ASELSAN 1919" daha brend sayılıb. Həmin marka telefonların İlk mərhələdə 500 ədədi Azərbaycan və Şimali Kipr Türk Respublikasına ixrac olunub.

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR