NATO həyəcan siqanlı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)

NATO həyəcan siqanlı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)

GÜNDƏM

Bugün, 21:20

Rusiya qırııcları NATO ölkələrinin hava sərhədini pozub.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, NATO Mərkəzi Komandanlığının həyəcan siqnalından sonra Türkiyə F-16-ları  Estoniyadakı Amari Hava Bazasından havalanıb.

Məlumata görə, Türkiyə qırıcılarına Litvadakı Şaulyay Hava Bazasında yerləşən İtaliyanın Eurofighter qırıcı təyyarələri ilə yanaşı, Finlandiya və İsveç döyüş təyyarələri dəstək veriblər.

Xəbərdə deyilir ki,  birgə hava qüvvələrinin səyi ilə Rusiyanın MiG-31, Su-30 qırıcı təyyarələri ilə birlikdə hərəkət edən Tu-134 nəqliyyat təyyarəsi Finlandiya körfəzi üzərindəki beynəlxalq hava məkanında dövrə vurduqdan sonra geri  dönüblər.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR