Ərdoğan "Türkiyə ordusu Yəməndə Husilərə qarşı savaşa girəcəkmi?" sualına belə cavab verdi

Ərdoğan \"Türkiyə ordusu Yəməndə Husilərə qarşı savaşa girəcəkmi?\" sualına belə cavab verdi 

GÜNDƏM

Bugün, 17:35

"Newsweek" müsahibə verən Türkiyə prezidenti Ərdoğan Məkkə sazişinə əsaslanaraq Səudiyyə Ərəbistanına hücum edən İranın dəstəklədiyi Husi qruplaşmasına qarşı hücuma qatılıb-qatılmayacağı barədə suala "ayaq yeri" qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna əsaslandığını və imzalayan ölkələrdən birinə silahlı hücumun bütün üzvlərə hücum hesab ediləcəyini xatırladıb.

Ərdoğan bildirib ki, mümkün təhlükə yarandıqda, cavab hücuma məruz qalan ölkənin tələbinə və ehtiyaclarına uyğun olaraq, kəşfiyyat, logistika, sursat və ya əlavə hərbi dəstək şəklində ola bilər:

"Qərarlar birbaşa, yəni, avtomatik müdaxilə mexanizmi əvəzinə, yəni, hər bir hal üçün ayrıca verilə bilər. Buna görə də, bu gün İraqda, Yəməndə və ya başqa yerdə baş verə biləcək hər bir hadisə üçün avtomatik hərbi ssenari yazmaq düzgün olmazdı".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR