Qab-qazan, boşqab, bıçaq və  “Siqaret çəkmək qadağandır” nişanı - Əmrullayev dövlətin 7 milyon manatını bunlara xərcləyəcək

Qab-qazan, boşqab, bıçaq və  “Siqaret çəkmək qadağandır” nişanı - Əmrullayev dövlətin 7 milyon manatını bunlara xərcləyəcək

İQTİSADİYYAT

Bugün, 15:14

Elm və Təhsil Nazirliyi (ETN) daha bir maraqlı tender keçirib.

Mia.az Tribuna.az-a istinadla xəbər verir ki, nazirliyin tabeliyində olan təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkil olunması üçün mal-materialların və digər ləvazimatların satınalınmasını reallaşdıracaq.

Qeyd edək ki, tenderin qalibi “SİMPLEX” QSC olub. Nazirlik şirkətə alınacaq mallara görə, 7 milyon 58 min 20 manat pul ödəyəcək.

Maraqlı məqamlardan biri də ETM-in alacaqları arasında bəzi malların mövcudluğudur. Məsələn, nazirlik “Simplex” şirkətinə 70 ədəd “Siqaret çəkmək qadağandır” nişanı, 2397 ədəd yemək üçün dayaz boşqab dəsti (dəstdə 6 ədəd keramika boşqab olacaq), 2380 dəst (hər dəstəd 6 ədəd boşqab olmaqla) dərin boşqab, 417 ədəd 10 lt-lik, 405 ədəd 20 lt-lik, 2 ədəd 30 lt-lik, 2 ədəd 50 lt-lik və 644 ədəd 6 lt-lik qazanlar sifariş edib.

Bundan başqa, nazirlik tender yolu ilə 106 dəst (hər birində 6 ədəd olmaqla) yemək bıçağı da alacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR