Səudiyyə Ərəbistanıdan Türkiyə və Pakistanla təcili görüş tələbi... - Hərbi dəstək istəniləcək

Səudiyyə Ərəbistanıdan Türkiyə və Pakistanla təcili görüş tələbi... - Hərbi dəstək istəniləcək

GÜNDƏM

Bugün, 13:55

Yəməndə husilərin hücumuna məruz qalan Səudiyyə Ərəbistanına qarşı ballistik raket və PUAlarla hücumlarının intensivləşməsindən sonra Ər-Riyad administrasiyası "Məkkə sazişi"ndəki tərəfdaşlarına üz tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın baş qərargah rəislərindənn təcili görüşünün keçirilməsini tələb edib.

Bildirilib ki, görüşdə Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində Səudiyyə Ərəbistanına göstərilə biləcək hərbi dəstəyin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, Məkkə sazişinə əsasən,  üç ölkədən birinə hücum digərlərinə hücum kimi qəbul edilir.

İddialara görə, Ər-Riyad hər iki ölkədən bu sazişdən irəli gələn missiyaya əməl etməyi tələb edəcək.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR