BMT-nin salonunda təxribata cəhd.. - İsrail diplomatı İran rəsmisinə yaxınlaşaraq... (FOTO)

BMT-nin salonunda təxribata cəhd.. - İsrail diplomatı İran rəsmisinə yaxınlaşaraq... (FOTO)

GÜNDƏM

Bugün, 12:03

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Denni Danon İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışından sonra İran nümayəndə heyətinə yaxınlaşaraq onu təxribata çəkməyə çalışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İran nümayəndəsinə ironik şəkildə "Starlink" peyk internet cihazı verməyə çalışsa da, İran rəsmisi onun cəhdlərinə soyuqqanlı yanaşaraq hər hansı bir formada reaksiya  verməyib: "Danon ona yaxınlaşaraq  "Al, sənə "Starlink" verim, apar Tehrana. Gərəyiniz olar" deyə israrçı olsa da, onun dəfələrlə atdığı replikaya irranlı diplomat nə söz, nə bədən diliylə cavab verib. Heykəl kimi dayanan iranlı diplomat soyuqqanlı davranaraq Denni Danonın nəhayət, yanından getməsinə nail olub".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR