SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı

SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı

İQTİSADİYYAT

Bugün, 11:28

"Azər-Türk Bank" ASC-nin səhmdarlarının sentyabrın 28-də, saat 12:00-da keçirilməsi planlaşdırılan növbəti ümumi yığıncağı təxirə salınıb.

Mia.az xəbər verir ki, ümumi yığıncağın yeni tarixi barədə məlumat veriləcək.

Xatırladaq ki, yığıncağın bundan əvvəl avqustun 25-də keçirilməsi planlaşdırılırdı, daha sonra tarix sentyabrın 28-nə dəyişdirilmişdi.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Dövlət Neft Şirkətinə (SOCAR), 24%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR