"RUSİYA AYLAR İÇİNDƏ NATO ÖLKƏLƏRİNDƏN BİRİNƏ HÜCUM EDƏ BİLƏR" - Danimarka kəşfiyyatından şok xəbərdarlıq

\"RUSİYA AYLAR İÇİNDƏ NATO ÖLKƏLƏRİNDƏN BİRİNƏ HÜCUM EDƏ BİLƏR\" - Danimarka kəşfiyyatından şok xəbərdarlıq

GÜNDƏM

Bugün, 10:25

"Rusiyanın yaxın aylarda NATO ölkələrindən birinə hücum edə bilər".

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sensasiyalı xəbərdarlığı Danimarka kəşfiyyatı verib.

Məlumata görə, bu, Qərb təhlükəsizlik xidmətləri tərəfindən bu günə qədər verilən ən güclü xəbərdarlıqlardan biridir.

Məlumata əsasən, Danimarka Müdafiə Kəşfiyyatı Rusiyanın Ukraynanı dəstəkləyən NATO-nun hərbi bazalarından birinə uzaqmənzilli raketlə zərbə endirmək planını aktuallaşdırıb.

Danımarka kəşfiyyatının ötən gün yayılan hesabatına əsasən, Rusiya bununla kifayətlənməyəcək: "Putinin əmriylə Rusiya ordusu qonşu ölkələrdən birində kiçik bir qüvvə ilə və rütbə nişanları olmadan məhdud yerüstü əməliyyatı nəzərdən keçirir. Düzdür, bu ssenari üçün aşağı ehtiamldır, lakin ciddi plan kimi qüvvədədir"

Qərb mətbuatı Danımarka kəşfiyyatının bu xəbərdarlığının Polşanın mərkəzindəki Starlink peyk stansiyasında baş verən yanğından bir neçə saat sonra yayımlanmasına diqqət çəkib: "Unutmayaq, yerli hakimiyyət orqanları bunu təxribat aktı kimi xarakterizə edir".

Polşa Baş nazirinin müavini Kşiştof Qavkovski bildirib ki, Mazoviya bölgəsində bir gecədə baş verən yanğın Starlink stansiyasını sıradan çıxarmaq üçün qəsdən başlayıb: "Bu, Ukrayna ordusu da daxil olmaqla bir sıra qurumların internetə çıxışını pozub. Yanğının törədicisi hələ müəyyən edilməyib, lakin bir çox əlamətlər bunun Rusiyanın yeni hücum doktrinasına uyğun olduğunu göstərir"

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR