NATO baş katibindən xəbərdarlıq: "Rusiyanın silahlı qüvvələri sürətlə genişlənir" - "Alyansla Rusiya arasında potensial müharibə təhlükəsi var"

NATO baş katibindən xəbərdarlıq: \"Rusiyanın silahlı qüvvələri sürətlə genişlənir\" - \"Alyansla Rusiya arasında potensial müharibə təhlükəsi var\"

GÜNDƏM

Bugün, 00:06

"Rusiyanın hərbi sahədəki istehsal gücü artır, silahlı qüvvələri isə sürətlə genişlənir".

Mia.az xarici mətbuata istinadlla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Nyu-Yorkda 11 sentyabr Memorial və Muzeyində keçirilən anım tədbirində çıxışında deyib.

Rutte bildirib ki, çıxışında auditoriyaya 11 sentyabr hücumlarından sonra NATO-nun tarixində ilk dəfə 5-ci maddənin ( bu maddəyə əsasən, NATO-nun bir üzvə hücum bütün üzvlərə hücum hesab olunur) tətbiq olunduğunu xatırladıb və əlavə edib ki, o dövrdən başlayaraq, dünyada vəziyyət sürətlə dəyişməyə başlayıb.

Ukrayna müharibəsində qazanılan təcrübənin NATO üçün müstəsna əhəmiyyətindən söz açan Baş katibın sözlərinə görə, Alyansla Rusiya arasında potensial müharibə təhlükəsi var: "Ukrayna NATO-ya, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi, əks tədbirlər və süni intellektlə bağlı mühüm dərslər verib. Bu təcrübələr Polşadakı NATO-Ukrayna birgə strukturunda təhlil edilib, nəticələr alyansın müdafiə planlarında əks olunub".

Rutte iddia edib ki, Ukrayna Rusiya daxilindəki starteji nöqtələrə zərbə endirməklə və eyni zamanda, mövcud cəbhə xəttini qorumaqda irəliləyiş əldə edib: "Buna baxmayaraq, Ukrayna şəhərlərinə də Rusiyanın hücumları artıb. Üstəlik, Rusiyanın hərbi sahədəki istehsal gücünü artırmasını və paralel olaraq silahlı qüvvələrini sürətlə genişləndirməsini gözardı edə bilmərik. Artıq Rusiyada müdafiə sənayesindən kənar istehsal da müharibəyə cəlb olunur. Bu baxımdan NATO ölkələri zəruri müdafiə gücü və istehsalına xüsusi diqqət ayırmalıdır".

Baş katibin fikrincə, NATO müharibəyə hazırdır. Bununla belə müttəfiqlər Rusiyanın artan hərbi imkanları qarşısında uzun müddətli müdafiə qabiliyyıətlərini gücləndirməyə davam etməlidirlər.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR