Bakıda iki nəfər 31 kq narkotiklə saxlanılıb

Bakıda iki nəfər 31 kq narkotiklə saxlanılıb

KRİMİNAL

Bugün, 16:27

Bakının Nərimanov rayonunda 31 kiloqram narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, keçirilən tədbirlər zamanı narkokuryerlik etməkdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR