BVF rəsmisi BMT tribunasından xəbərdarlıq etdi, siyasətçiləri cəsarətli olmağa çağırdı: "Əgər hökumətlər iqtiadiyyatlarını dizayn edə bilməsələr..."

BVF rəsmisi  BMT tribunasından xəbərdarlıq etdi, siyasətçiləri cəsarətli olmağa çağırdı: \"Əgər hökumətlər iqtiadiyyatlarını dizayn edə bilməsələr...\"

İQTİSADİYYAT

Bugün, 15:25

Beynəlxalq Valyuta Fondu (BVF) inkişaf etmiş iqtisadiyyatlara artan borc xərcləri ilə bağlı iki ölkəyə xüsusiylə xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BVF-nin İcraçı direktoru Kristalina Georgieva Nyu-York şəhərində BMT Baş Assambleyasında çıxışda söz açıb.

O, qlobal iqtisadi şokların borc səviyyəsini artırdığını vurğulayıb və bildirib ki, yerli hökumətlər bu xərcləri nəzarətdə saxlamaq üçün hərəkətə keçməlidir: "Şübhəsiz ki, bununn üçün siyasətçilər lazımi addımları atmaq üçün cəsarət göstərməlidir. Unutmayaq ki, neft tədarükünü pozan müharibələr inflyasiyanı artırlb. Bu isə borclanma və xərcləri sürətləndirib. Baxın, Böyük Britaniyada borclanma avqust ayında rəsmi proqnozları aşıb, faiz dərəcələri 1997-ci ildən bəri ən yüksək avqust səviyyəsinə çatıb. ABŞ-da ümumi borc 40 trilyon dolları keçib. Əgər hökumətlər xarici amilləri nəzərə alaraq iqtiadiyyatlarını dizayn edə bilməsələr, çox ciddi problemlərlə üzləşə bilərlər".

Maliyyə rəsmisi daha sonra süni intellekt investisiyalarının istiqraz bazarında rəqabət yaratdığını açıqlayıb: "Süni intellektin özünə belə, nəzarət etməliyik. Çünki bunun nəzarətdən çıxması maliyyə sabitliyi üçün təhlükəli risk yarada bilər".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR