Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar verdi

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar verdi

İQTİSADİYYAT

Bugün, 11:05

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Mia.az xəbər verir ki, qərara əsasən, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 5,0 %-ə endirilib, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

Bildirilib ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR