BAKIDA POLİSƏ SİLAHLI MÜQAVİMƏT GÖSTƏRƏN KEÇMİŞ MƏHKUM VURULDU - DİN açıqlama yaydı

BAKIDA POLİSƏ SİLAHLI MÜQAVİMƏT GÖSTƏRƏN KEÇMİŞ MƏHKUM VURULDU - DİN açıqlama yaydı

KRİMİNAL

Bugün, 11:47

Polis əməkdaşlarına silahlı müqavimət göstərən M.Mirzəyev tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib: "Hadisə yerindən "Makarov" markalı tapança aşkar edilərək götürülüb. Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR