"Kurtlar Vadisi"nin "Ömər Baba"sı "şübhələnirdim" dedi, istintaqa çağırıldı - Kəşfiyyatçının şübhəli ölümü işi böyüyür

\"Kurtlar Vadisi\"nin \"Ömər Baba\"sı \"şübhələnirdim\" dedi, istintaqa çağırıldı - Kəşfiyyatçının şübhəli ölümü işi böyüyür

MƏDƏNİYYƏT

Bugün, 00:08

Türkiyədə 2011-ci ildə həbsxanada mümmalı şəkildə ölən keçmiş MİT zabiti Kaşif Kozinoğlunun ölümü işi ilə bağlı istintaqa cəlb olunanların sayı artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu ölüm işi ilə bağlı saxlanılanlarla yanaşı, o dövrün məşhur serialı olan "Kurtlar Vadisi Pusu" serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysandan sonra, serialda "Kazım Kaşifoğlu" obrazını canlandıran aktyor Sedat Savtak ötən gün dindirilib.

Məlumata əsasən, o, istintaqda 10 noyabr 2011-ci ildə yayımlanan "Kurtlar Vadisi Pusu"nun 136-cı bölümündə Kazım Kaşifoğlu obrazı ilə 12 noyanr 2011-ci ildə dünyasını dəyişən MİT zabiti arasında  həmin vaxtı hər hansı bir əlaqənin olub-olmadığını bilmədiyni deyib: "Real həyatdakı Kozinoğlu haqqında heç bir məlumata o vzaxt sahib deyildim. Rolumu yalnız ssenaridə yazılmış obraza əsasən hazırlaşırdım. Zabitin ölümü barədə sonradan qəzetdən məlumat əldə etdim və  obrazla Kozinoğlu arasında müqayisəni görəndə təəccübləndim..."

Məlumatda deyilir ki, "Kurtlar Vadisi" serialından "Ömər Baba" kimi tanınan aktyor Emin Olcay da istintaqa  "informasiyalı şəxs" qismində çağırılıb.

İddiaya görə, o, seriallın kənardan alınan təlimatla istiqamətləndirilməsi barədəaçıqlama verib: "Ssenari tədricən pozulurdu. Onlarla bir neçə dəfə danışmağa çalışdım, amma cavab vermədilər. Şübhələndim və başqasından almırlardısa, bu məlumatı haradan bildikləri maraqlı deyildimi?"

Xəbərdə deyilir ki, "Ömər baba"nın bu sözləri ssenaristlərin "başı"nı ciddi ağrıda bilər.

Ləman

MİA.AZ

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR