ABŞ İrana uçuşlara icazə verən ölkələri hədələdi: "Dollar sistemindən çıxaracağıq"

ABŞ İrana uçuşlara icazə verən ölkələri hədələdi: \"Dollar sistemindən çıxaracağıq\"

İQTİSADİYYAT

Bugün, 00:01

ABŞ İrana qarşı növbəti hədələyici bəyanat verib.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skott Bessent bəyanatında Vaşinqtonun sanksiya siyahısına daxil etdiyi İran aviaşirkətlərinə öz hava məkanı açan ölkələri hədələyib.

O bildirib ki, İran aviaşirkətlərinə hava məkanından  istifadə üçün uçuşa icazə verən ölkələrə sərt xəbərdarlıq edib: "İran təyyarələrinə yanacaq, eniş xidmətləri və ya bilet təmin edən ölkələrə xəərdarlıq edirəm: əgər buna şərait yaradarsanız, o zaman siz dollar sistemindən çıxarılacaqsınız!".

Xatırladaq ki, ABŞ sentyabrın 8-də 27 İran aviaşirkətinin fəaliyyətini dayandırmağa hesablanan sanksiya elan edib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR