Ərdoğan böyük heyətlə ABŞ-a getdi

Ərdoğan böyük heyətlə ABŞ-a getdi 

GÜNDƏM

Bugün, 00:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a yollanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasına qatılacaq, bir çox görüşlər keçirəcək.

Məlumata əsasən, Ərdoğan  22 sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcək: "O, burada ABŞ lideri Trampvə digər ölkəliderləri ilə də bir araya gələrək müzakirə aparacaq".

Xatırladaq ki, Prezident Ərdoğanı Con Kennedi Beynəlxalq Hava Limanında Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi səfir Əhməd Yıldız, Vaşinqton səfiri Sedat Önal və Nyu-York Baş Konsulu səfir Mühittin Əhməd Yazal və digər rəsmilər qarşılayıblar. Onu səfərdə  həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Akın Gürlek, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, milli kəşfiyyat təşkilatının rəhbəri İbrahim Kalın, prezident kommunikasiyasının rəhbəri professor Dr. Burhanəddin Duran, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım müşayiət edirlər.

F.SƏFƏRLİ

MİAA.Z

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR