Trampdan gözlənilməz mesaj verdi, İrana qarşı variantlar sadaladı: "Pezeşkianla görüşə hazıram"

Trampdan gözlənilməz mesaj verdi, İrana qarşı variantlar sadaladı: \"Pezeşkianla görüşə hazıram\"

GÜNDƏM

Bugün, 00:10

Bu ilin fevral ayının 28-dən İranla müharibə aparan ABŞ prezidenti Donald Tramp dünyanı heyrətləndirən növbəti açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İran prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib.

O qeyd edib ki, Tehran administrasiyası üçün masadakı variantların hər biri qüvvədədir: "Masada üç seçim var: İranı silah gücüylə məhv etmək, iqtisadi cəhətdən çökdürməyə davam etmək və ya razılaşma! Bunları seçmək İranın öhdəsindədir. Onlar özlərini yaxşı aparsalar yaxşı olar. Hesab edirəm, İranla bağlı yeni proseslər baş verəcək. Mən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İran prezidenti Pazeşkianla görüşməyə də hazıram".

Məlumat üçün qeyd edək ki, ABŞ Dövlət Departamenti Pezeşkian və İranın Xarici İşlər Naziri Abbas Əraqçi də daxil olmaqla, BMT Baş Assambleyasının iclasına qatılmaq istəyən digər İran rəsmilərinə viza verib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR