İstanbulda Universitet sahibi saxlanıldı

İstanbulda Universitet sahibi saxlanıldı

GÜNDƏM

Bugün, 00:10

İstanbul Topkapı Universitetinin Himayəçilər Şurasının sədri və Doğa Sığorta şirkətinin Direktorlar Şurasının sədri, tanınmış iş adamı Nihat Kırmızı sentaybrın 20-də saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbul Baş prokurorluğunun təqdimatıyla qandallanıb.

Məçumata görə, o, həbs olunan "Pusula Holding" şirkətinin rəhbərlərinin xaricə qanunsuz pul köçürmələri üzrə açılmış cinayətə görə tutulub.

Bildirilir k, istintaq zamanı "Pusula Holding" şirkətinin Direktorlar Şurasının sədri Serdar Turhanın hesabından İsveçrədəki bir hesaba 15 milyon dollar, "Pusula Portfolio Management A.Ş." şirkətinin Direktorlar Şurasının sədri Məhəmməd Yarızın hesabından isə İsveçrədəki eyni hesaba 25 milyon avro köçürülüb: "Onlar bu iş üzrə saxlanılıblar. Nihat Kırmızının da bu qanunsuz əməliyyatlarla bağlantısı aşkarlandığı üçün, o, sentyabrın 20-də axşamüstü prokorurluğun təqdimatıyla İstanbulda saxlanılaraq polis idarəsinə aparılıb. Hazırda onun polisdə ifadəsi alınır. Güman ki, səhərə yazın növbətçi məhkəməyə çıxarılacaq".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR