Xankəndi, Xocalı və Ağdərədə konsertlər keçirilib

Xankəndi, Xocalı və Ağdərədə konsertlər keçirilib

MƏDƏNİYYƏT

Bugün, 18:06

Sentyabrın 20-də Xankəndi şəhərində Xankəndi, Xocalı və Ağdərə günləri münasibətilə konsert proqramı keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki,  tədbir iştirakçıları əvvəlcə Xankəndi, Xocalı və Ağdərəyə dair hazırlanmış videoçarxı izləyiblər. Sonra tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlayıb.

Konsertdə Azərbaycanın Xalq artistləri və tanınmış müğənniləri səhnə alaraq, seçilmiş musiqi nümunələrini ifa ediblər. Mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Xankəndi, Xocalı və Ağdərə günləri ilə bağlı keçirilən tədbirlər həmin ərazilərin tarixi-mədəni irsinin, milli dəyərlərinin və müasir inkişafının diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Konsert atəşfəşanlıqla başa çatacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR