YOXLAMA BİTDİ: idarə rəisi, müavin və şöbə müdiri vəzifədən çıxarıldı, müşavirə isə yüksək post həvalə olundu  

YOXLAMA BİTDİ: idarə rəisi, müavin və şöbə müdiri vəzifədən çıxarıldı, müşavirə isə yüksək post həvalə olundu  

GÜNDƏM

Bugün, 00:03

Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində avqust ayından başlayan və ötən həftə başa çatan yoxlamanın nəticələri üzrə artıq sərt tədbirlər başlayıb.

Bu barədə Mia.az-a verilən məlumata görə, yoxlama zamanı aşkarlanan nöqsanlardan sonra Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Etibar Nəbiyev dünən vəzifəsindən azad edilib.

Bu barədə saytımıza daxil olan məlumata görə, E.Nəbiyevin barəsində əmri Regional Su Meliorasiya Xidmətinin İdarə heyətinin sədri Zakir Quliyev imzalayıb.

Əmrdə idarədə aparılan yoxlamalardakı nöqsanlardan söz açılmayıb, lakin E.Nəbiyevin öz xoşuyla yazdığı ərizəsi əsas götürülüb: "Xidmət rəhbəri Zakir Quliyevin 16 sentaybr tarixli əmrilə Etibar Eldar oğlu Nəbiyevlə 14 mart 2023-cü ildə bağlanmış 604 saylı müqaviləyə xitam verilib. Əmrin 2-ci bəndinə əsasən, Etibar Nəbiyevə istifadə etmədiyi 63 günlük məzuniyyət pulunun ödənilməsi də nəzərdə tutulub".

Zakir Qulyev həmin əmrin 3-cü bəndiylə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis vəzifəsinin icrasını müvəqqəti olaraq öz müşaviri Orxan Mahmud oğlu Mahmudova həvalə edib.

Məlumatda deyilir ki, vəzifədən azadedilmə təkcə Etibar Nəbiyevə şamil olunmayıb: "Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Abonent xidmətləri şöbəsinin rəisi Səbuhi Mustafayev, rəis müavini İlhamə xanım da vəzifələrindən çıxarılıblar. İdarənin digər vəzifəli şəxsləri isə həyəcanla onlar haqqında hansı qərarın veriləcəyini gözləyirlər".

Xatırladaq ki, Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindəki yoxlama xəbərini ilk olaraq mia.az yaymışdı. Həmin məlumatda yoxlama zamanı 35kodu (ünvanı naməlum) llə fakturalama aparılan ünvanlardakı abonent kodlarının başqa adamlara verilməsi kimi qanunsuzluq və digər  nöqsanların üzə çıxarıldığını yazmışdıq. Qeyd etmişdik ki, bu yoxlamadan sonra Etibar Nəbiyevin vəzifədə saxlanılması çətin olacaq. Göründüyü kimi, bu məlumatımız da zamanla öz təsdiqini tapdı.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR