Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb ölüb

Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb ölüb

CƏMİYYƏT

16.09.2026, 22:21

Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

Qadın ağır vəziyyətdə Yevlax şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, vəfat edən qadın birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR