Arzuların çiçək açdığı təhsil ocağı - Heydər Əliyev adına məktəbdən reportaj (FOTOLAR)

Arzuların çiçək açdığı təhsil ocağı - Heydər Əliyev adına məktəbdən reportaj (FOTOLAR)

CƏMİYYƏT

Bugün, 18:26

Artıq yeni tədris ili başladı və birincilərdən onbirincilərə qədər hər kəsin səbiriszliklə gözlədiyi məktəb qapıları açıldı.

Üç aylıq yay tətilinin ardından məktəblər doğma şagirdlərinin səs-küyü ilə dolub-daşdı, müəllimlərin sevgisiylə qucaqlaşdı. Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəbdə oxuyan şagirdlər də sentyabrın 15-i ilk zəngdən sonra doğma təhsil ocağına, arzularının ünvanına qovuşdular.

Ulu Öndərin adına daşıyan məktəb artıq 22 ildir ki fəaliyyət göstərir və təkcə Naxçıvan şəhərinin deyil, ölkəmizin adlı-sanlı təhsil ocağı kimi tanınır. Bu təhsil ocağının müəllimi, şagirdi və məzunu olmaqla yaşanan qüruru paylaşdıqda bu hislər hər şeydən əvvəl həyatının ən dəyərli, məsuliyyətli illərini məhz Ulu Öndərin adını daşıyan məktəblə bağlayan pedaqoqların əməyi, buradan həyata vəsiqə qazanan gənclərin qazandıqları uğurlardır. Bu sentyabrda da Heydər Əliyev adına məktəb belə motivlərlə yeni tədris ilinə başladı və ilk gündən artıq dərslər öz ahəngi ilə davam edir.  

Hazırda 1174 nəfər şagirdin təhsil aldığı Heydər Əliyev adına məktəbdə 80 nəfər yüksək ixtisaslı müəllim çalışır. Məktəbin direktoru Həsən Həsənov hər  il  olduğu  kimi bu tədris ilində də yetirmələrindən yüksək qəbul nəticələri gözlədiyini qeyd etdi. Bizim üçün yetirmələrimizin vətənpərvərlik ruhunda böyümələri ən böyük uğurumuzdur, - deyir təcrübəli təhsil işçisi. Elə  buna görə  də Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış iki məzunumuzun   baş leytenant Hüseynov Raqib Adil oğlunun və  baş leytenant Məmmədov Sahil Rasim oğlunun adları həmişə məktəbimizdə böyük fəxrlə çəkilir.

Bu gün Ulu Öndərin adını daşıyan məktəbdə oxuyan bütün şagirdlər məhz Azərbaycanın gələcəyi üçün yaşamağı, işləməyi və mübarizə aparmağı öyrənir, bu ruhda tərbiyə olunurlar. Beləcə, illər  keçəcək, müqəddəs Şəhidlərimizin adları verlilmiş sinif otaqlarında elmə yiyələnən, irfan sahibi olan bu gənclər Heydər Əliyev adına məktəbdən çiçəklənən arzularının ardınca yeni həyata başlayacaqlar.

Əli Cabbarov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR