Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Əfqanıstanda görüşlər keçirib

Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Əfqanıstanda görüşlər keçirib

DÜNYA

Bugün, 17:56

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın Əfqanıstanın Kabil və Qəndəhar şəhərlərinə səfər edib.

Mia.az Türkiyə mətbuatına istnadla bildirir ki, o, Kabilə səfəri zamanı həmkarı, Kəşfiyyatın (GDI) baş direktoru Əbdülhak Vasık, Əfqanıstan Müvəqqəti Hökumətinin (AGH) iqtisadiyyatdan məsul baş nazirin müavini Molla Əbdül Qani Bəradar, müdafiə naziri Mövləvi Məhəmməd Yaqub Mücahid və daxili işlər naziri Siracuddin Haqqani ilə görüşüb.

Məlumata görə, görüşlərdə Türkiyə ilə Əfqanıstan arasında təhlükəsizlik, kəşfiyyat və digər sahələr üzrə  əməkdaşlığı dərinləşdirmək istiqamətində müzakirə aparılıb: "Həmçinin, ABŞ/İsrail-İran münaqişəsi də daxil olmaqla regional münqaişələr, terrorizmə qarşı mübarizə, insan alveri və narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə də fikir mübadiləsi olub".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR