Səudiyyə Ərəbistanına ard-arda hücum: neft obyektləri, hava bazası, F-15 vuruldu - "Dayanmayacağıq, davamlı hücumlarımız olacaq"

Səudiyyə Ərəbistanına ard-arda hücum: neft obyektləri, hava bazası, F-15 vuruldu - \"Dayanmayacağıq, davamlı hücumlarımız olacaq\"

GÜNDƏM

Bugün, 17:25

Yəməndəki Husilərlə döyüşən hökumət qüvvələrinə havadan dsətk verən Səudiyyə Ərəbistanının özü bu gün növbəti hücumlara məruz qalıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu gün İranın dəstəklədiyi Husi qruplaşması Səudyyənin Qırmızı dəniz sahilindəki Yanbu şəhərindəki Aramco neft obyektləri ilə Xamis Muşayt bölgəsindəki hərbi hava bazasına ballistik raketlər və kamikadze dronlarla ağır zərbələr endirib.

Husilərin hərbi sözçüsü Yəhya Seri bildirib ki, bu, Səudiyyə Ərəbistanının son günlər Yəməndə onlara qarşı 450-dən çox hava hücumu həyata keçirmsinə cavabdır.

Onun sözlərinə görə, husilər Hodeida əyalətinə tam nəzarəti ələ keçirdikdən sonra Taizin qərbində irəliləyərək Muha kimi Qırmızı dəniz sahili şəhərləri və Bab əl-Məndəbə çıxış yollarına yerləşiblər: "Bu isə Yəməndəki düşmənləri dəstəkləyən Səudiyyə qüvvələrinin bizə əsassız hücumuna səbəb verib. Onların bizə qarşı son günlərdəki 450-dən çox hücumuna cavab olaraq, ballistik raketlər və dronlarla qeyd edilən hədəflərə güclü zərbələr endirdik. Bununla yanaşı, Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcı təyyarəsini də yerə saldıq. Səudiyyə Ərəbistanının daxili ərazilərinə hücumlarımız bununla dayanmayacaq, davamı daha sərt olacaq. İstənilən hücuma əks-hücumla cavab veriləcək".

 Səudiyyə Ərəbistanı Husilərin bu hücumu ilə bağlı səssizliyini qoruyur.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR