Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb

Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb 

CƏMİYYƏT

Bugün, 15:29

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.

 Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, polis məsələdən məlumatlıdır, hazırda araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR