İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi

İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir \"əhatəli hücum an məsələsidir\" anonsunu verdi

DÜNYA

Bugün, 12:58

"Qəzzaya əhatəli hücum an məsələdir".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sensasiyalı bəyanatı İsrail müdafiə naziri Yisrael Katz səsləndirib.

O bildirib ki, Qəzza zolağına genişmiqyaslı hücumu bərpa etməyə hazırlaşırılar: "Hamımız bilirik ki,  Həmasın könüllü olaraq silahı yerə qoyması baş verməyəcək. Bu prosesi  İsrail ordusu hücum əmri ilə bitirəcək"

Katz həmçinin iddia edib ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin hücumları səbəbindən Qəzza zolağının əhalisi 70 faiz azalıb.

O, növbəti dəfə İsrailin fələstinliləri dəniz və quru yolu ilə Qəzzadan çıxarmağa hazır olduğunu, lakin ABŞ-ın iki milyon insanın hara yerləşdiriləcəyi barədə apardığı müzakirənin nəticəsini gözlədiklərini gizlətməyib.

Maraqlı burasıdır ki, ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bir neçə gün əvvəl köçürülmə iddiasını rədd edib: "İnsanları iradələrinə zidd olaraq Qəzzadan çıxarmaq planı yoxdur..."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR