Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara "hə" dedi

Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara \"hə\" dedi

GÜNDƏM

Bugün, 11:39

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarda səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyən "Müharibə Səlahiyyətləri" qətnaməsini 220-yə qarşı 204 səslə qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, səsvermədə bütün Demokratlar və Trampın lideri olduğu  Respublikaçılaırn 7 üzvü də iştirak edib.

Maraqlı və diqqətçəkən məqam isə budur ki, səsverməyə qatılan 7 respublikaçı qətnamənin əleyhinə - dolayısı ilə Trampın əl-qolunu bağlayan səs veriblər.

Məlumata deyilir ki, prezidentin müharibə səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyən qanun layihəsinin qəbulu İranla müharibənin davam etdirilməsinə əngəl olacaq

Nümayəndələr Palatasından bildirlib ki, ABŞ prezidenti İranla uğursuz müharibəyə son qoymalı və Hörmüz boğazını açacaq və gərginliyi azaldacaq diplomatik həll yolu üzərində düşünməlidir: "O, bunun üçün daşınmaz əmlak inşaatçıları deyil, real diplomatlarprosesə cəlb etməldir"

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR